Satıcı-barista - Mochiki / Mochiki
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Mochiki — moçi desertləri və bubble tea içkiləri üzrə ixtisaslaşmış brenddir. Komandamıza müştəri məmnuniyyətini ön planda tutan, enerjili və məsuliyyətli yeni üzvlər axtarırıq.
Vəzifə öhdəlikləri:
— Moçi, bubble tea və digər məhsulların müştərilərə düzgün təqdimatı və satışı,
— Resept əsasında bubble tea içkilərinin hazırlanması,
— Satış nöqtəsinin səliqəli və təmiz saxlanılması,
— Komanda ilə koordinasiyalı işləyərək müsbət iş mühitinin qorunması.
Namizədə tələblər:
— Sahə üzrə iş təcrübəsi üstünlük sayılır, lakin məcburi şərt deyil.
— Müştərilərlə ünsiyyətdə səmimi və gülərüz münasibət.
— Komandada işləmək bacarığı və məsuliyyət hissi.
— Rus dili biliyi arzuolunandır.
İş şərtləri:
— İş rejimi: növbəli (1 iş günü / 1 istirahət günü) və ya 14:00-21:00 (həftədə 1 dəfə istirahət)
— İş saatları: 10:00 – 22:00
— Əmək haqqı: 540 AZN + satışdan bonus imkanı
Filiallarımız: Port Bazar | 28 Mall | Dəniz Mall | Gənclik Mall
(+Yarmarkada iştirak imkanı!)
📩 Müraciət üçün CV-nizi göndərməyiniz kifayətdir. Mövzu hissəsində "Satıcı-barista" qeyd etməyi unutmayın.
Sizi Mochiki ailəsində görməkdən məmnun olarıq!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!