Qrafik Dizayner - Dövlət qurumu / Dövlət qurumu
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Qrafik dizayner vakansiyası
Dövlət qurumunun sosial media kommunikasiyaları üçün komandamıza təcrübəli Qrafik Dizayner axtarılır.
Namizədə tələblər:
- Qrafik dizayn sahəsində minimum 3 il peşəkar təcrübə
- Sosial media platformaları üçün vizual kontent hazırlama təcrübəsi
- Qurum üçün yeni dizayn stilistikası hazırlanması və inkişaf etdirilməsi
- Müasir dizayn trendlərini tətbiq etmə bacarığı
- Portfolio və real layihələr üzrə iş nümunələri
Üstünlük hesab olunur:
• Motion design üzrə baza bilikləri
• AI dizayn alətləri (Midjourney, Firefly və s.) ilə işləmə təcrübəsi
Vəzifə öhdəlikləri:
• Dövlət qurumunun sosial media səhifələri üçün vizual kontentlərin hazırlanması
• Yeni layihələr üçün brend stilistikasının hazırlanması və inkişaf etdirilməsi
• Sosial media postları, bannerlər və digər kommunikasiya materiallarının dizaynı
• Kommunikasiya komandası ilə koordinasiyalı işləmək
• Dövlət qurumunun vizual kommunikasiya dilinin formalaşdırılmasında iştirak etmək
Ümumi məlumat:
- İş yeri: Dövlət qurumu / Bakı şəhəri;
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
Müraciət üçün:
CV və portfolionuzu təqdim edə bilərsiniz.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!