C

QEYDİYYATÇI-KASSİR - Caspian International Hospital (Badamdar 1-ci yaşayış massivi 31) / Caspian International Hospital (Badamdar 1-ci yaşayış massivi 31)

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

- Növbə ərzində (gündüz və gecə) klinika daxilində ödəniş və qeydiyyatla bağlı baş verən bütün problemlərə cavabdehlik daşımaq
- İş vaxtı iş yerindən ayrılmamaq (zəruri hallarda şöbə müdirini xəbərdar etməklə ayrılmalı)
- Klinika daxilində baş verən bütün yenilikləri bilmək, yeni həkimləri tanımaq, bütün şöbələr və əməkdaşlarla işlə bağlı kontakt qurmağı bacarmaq
- Qeydiyyat zamanı diqqətli olmaq, proqramda səhv buraxıldığı zaman şöbə müdirini xəbərdar etməklə proqramçılara müraciət etmək
- Pasiyentlərlə hər hansı bir problem yaşandığı zaman şöbə müdiri və ya menecerlərə məlumat vermək
- Pasiyentlərdən nağd vəsait, POS-terminal (debet/kredit kartları), Emanat, MilliÖn və digər rəsmi ödəniş terminalları vasitəsilə daxil olan ödənişlərin qəbulu və təsdiqi
- Kassa əməliyyatlarının aparılması
- Nağd pulun qəbul edilməsi, məxaric və mədaxil orderlərinin düzgün rəsmiləşdirilməsi
- Gündəlik kassa kitabının aparılması, günün sonunda pul qalığının hesabatlarla tutuşdurulması
- Ödənişlərin düzgün kodlaşdırılması və mühasibat uçotuna vaxtında təqdim olunması
- Kassada olan nağd vəsaitin müəyyən edilmiş limitdən artıq saxlanılmaması
- Pulun, ödəniş kartlarının slip-lərinin, terminallardan çıxarışların qorunması
- İş günü sonunda vəsaitlərin bank hesabına təhvil verilməsi (inkassasiya və ya bank köçürməsi vasitəsilə)
- Hər günün sonunda xəzinə hesabatının tərtibi və baş xəzinədara təqdim edilməsi
- POS-terminal və ödəniş sistemlərindən alınmış qəbzlərin və elektron hesabatların əlavə olunması
- Aylıq yekun xəzinə hesabatlarının hazırlanması.

Namizədə tələblər

- Xanım və bəy namizədlər
- İşində məsuliyyətli və dəqiq olmaq
- Orta və ya ali təhsil (arzuolunandır)
- Stressə davamlılıq
- Maliyyə intizamına və etik prinsiplərə ciddi əməl etmək
- Komandada işləmək və şöbələr arası əlaqəni düzgün qurmaq
- Microsoft Office (Excell, Word) proqramlarında sərbəst işləmək bacarığı
- Texniki avadanlıqlarla (POS-terminal, terminal, printer və s.) işləmək təcrübəsi
- Akgün proqramında işləmək bacarığı (arzuolunandır)
- Qeyd: Növbəli iş qrafiki ilə (gündüz və axşam) işləyə bilən namizədlərə üstünlük veriləcəkdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş