M
Mühasib köməkçisi - MİRAS İNŞAAT MMC / MİRAS İNŞAAT MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə öhdəlikləri:
- Elektron qaimələrin, hesab-fakturaların və təhvil-təslim aktlarının yazılması;
- Gündəlik satış məlumatlarının excel hesabatlarına daxil edilməsi;
- Sahədən gələn məlumatlar əsasında Yanacaq hesabatının aparılması;
- Mühasibin göstərişlərinə uyğun olaraq bank ödənişlərinin və ƏDV ödənişlərinin edilməsində mühasibə kömək etmək;
- Müştəri və təchizatçılarla hesablaşmaların edilməsində iştirak etmək;
- Mühasibat sənədlərinin toplanmasını və sistemləşdirilməsini həyata keçirmək;
- Materialların anbara daxil və çıxış sənədlərinin hazırlanması;
- Materialların anbar hesabatının aparılması;
- Rəhbərliyin tələbinə uyğun olaraq günlük, həftəlik, aylıq və rüblük satış və yanacaq hesabatlarının vaxtında tərtib olunması və rəhbərliyə təqdim olunması;
- Şirkətin vergi sisteminə daxil olan electron qaimələrin yoxlanılması və vergi sisteminə göndərilmiş elektron qaimələr barədə rəhbərliyə gündəlik məlumat verilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
Tələblər:
- Maliyyə – mühasibatlıq üzrə ali təhsil;
- Mühasibatlıq sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Microsoft Office və Excel proqramlarında sərbəst işləmə bacarığı;
- Vergi və bank sistemlərində işləmə bacarığı;
- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlılıq;
- İşgüzar, məsuliyyətli, dəqiq, cəld və kollektivdə işləmə bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!