C
Mühasib - Compusale Technologies MMC / Compusale Technologies MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə öhdəlikləri:
- 1C: Mühasibatlıq proqramında (8.2 / 8.3) sərbəst işləmək
- İlkin mühasibat sənədləri ilə iş
(hesab-fakturalar, qaimələr, aktlar, müqavilələr) - Vergi və mühasibat uçotunun aparılması
- ƏDV (Əlavə Dəyər Vergisi) üzrə əməliyyatların icrası
- e-Taxes və digər vergi sistemləri ilə işləmək
- Mühasibat hesabatlarının hazırlanmasında iştirak
(dövriyyə cədvəlləri, debitor və kreditor borclar) - Bank əməliyyatlarının aparılması
(bank çıxarışları, ödəniş tapşırıqları) - Müqavilələrin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi
- HR istiqamətində sənədlərlə iş
(işə qəbul, əmək müqavilələri, işçi sənədləri) - ƏMAS və digər elektron sistemlərlə işləmək
- Sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək
Tələblər:
- Təhsil: Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: minimum 3 il
- Excel proqramında sərbəst işləmə bacarığı (formullar, cədvəllər, hesabatlar)
- Word və ümumi kompüter bilikləri
- Vergi və mühasibat uçotunun əsaslarını bilmək
- Diqqətlilik, məsuliyyət və dəqiqlik
- Sənədlərlə səliqəli işləmək bacarığı
- Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək qabiliyyəti
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Əmək haqqı: müqavilə əsasında (müsahibə zamanı müzakirə olunur)
- Nahar şirkət tərəfindən təmin olunur
- Şəhər mərkəzində, komfortlu ofis şəraiti
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!