Mühasib - LİFTMARK MMC / LİFTMARK MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Biz, lift satışı, quraşdırılması və texniki baxışı ilə məşğul olan şirkət, komandamıza təcrübəli və məsuliyyətli mühasib axtarırıq.
Ən azı 3 il mühasib olaraq iş təcrübəsi.
Əsas vəzifələr:
-
Tam uçotun qurulması və aparılması: ilkin sənədlərin rəsmiləşdirilməsi, 1C/Excel-də qeydiyyat, aylıq dövriyyələrin uzlaşdırılması
-
Vergi uçotu: ƏDV, mənfəət/sadələşdirilmiş vergi, gəlir vergisi bəyannamələrinin hazırlanması və elektron təqdimatı
-
DSMF və Statistika hesabatları: əməkhaqqı cədvəlləri, sığorta haqları, statistik formaların tərtibi
-
Kadr uçotu: əmək müqavilələri, işə qəbul/azad edilmə əmrləri, məzuniyyət və xəstəlik vərəqələrinin hesablanması
-
Bank və kassa əməliyyatları: ödəniş tapşırıqları, bank uzlaşdırmaları, kassa kitabı
-
Anbar və satış uçotu: mal dövriyyəsi, qaimə-fakturalar, e-qaimə və e-təsdiqləmələr
-
Daxili hesabatlılıq: aylıq maliyyə hesabatları, gəlir-xərc analizi, büdcələşdirmə
-
Auditə hazırlıq və yoxlamalar zamanı dəstək
-
Konsultasiya: vergi risklərinin qiymətləndirilməsi, optimallaşdırma təklifləri, qanunvericiliklə bağlı izahlar
Tələblər:
-
Mühasibatlıq üzrə ali təhsil
-
Ən azı 3 il mühasib olaraq iş təcrübəsi
-
1C, Excel və digər mühasibat proqramları üzrə təcrübə
-
Vergi qanunvericiliyi və kadr uçotu üzrə bilik
-
Diqqətli, məsuliyyətli və komanda ilə işləmək bacarığı
İş şəraiti:
-
Əmək haqqı: 700–1000 AZN (təcrübəyə əsasən müsahibə zamanı müəyyən ediləcək)
-
İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00
-
Stabil iş yeri və dost komandası
-
Peşəkar inkişaf imkanları
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!