D
Memar-dizayner - Dost İnşaat MMC / Dost İnşaat MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə öhdəlikləri:
- Mənzil, villa və fərdi yaşayış evləri üçün tikinti (memarlıq) layihələrinin hazırlanması
- Plan, ölçü, kəsik, fasad və texniki çertyojların hazırlanması
- İnteryer dizayn mərhələsində memarlıq əsaslı planlama
(ölçülər, divar yerləri, arakəsmələr, funksional zonalama) - İnteryer üzrə elektrik, santexnika, mebel və işıqlandırma planlarının memarlıq baxımından verilməsi
- AutoCAD üzərindən işçi layihələrin hazırlanması
- Tikinti və təmir prosesində memarlıq nəzarəti
- Prorab və icraçı komandalarla koordinasiya
- Layihə üzrə texniki qərarların verilməsi və izahı
Namizədə tələblər:
- Memarlıq üzrə ali təhsil
- AutoCAD / SketchUp / 3ds Max / Revit bilikləri
- Tikinti layihələri ilə yanaşı interyer dizayn bilikləri
- İnteryer dizaynda ölçü, plan və texniki həlləri düzgün qurmaq bacarığı
- Tikinti materialları və icra mərhələləri barədə anlayış
- Texniki düşüncə, dəqiqlik və məsuliyyət
Üstünlüklər:
- Villa və fərdi ev layihələri üzrə real təcrübə
- İnteryer dizaynı memarlıq səviyyəsində qurmuş namizədlər
- Rus dili biliyi
Biz təklif edirik:
- Real layihələrdə əsas memar kimi iştirak
- Stabil və böyüyən şirkətdə uzunmüddətli iş
- Peşəkar komanda ilə birgə çalışma
- Karyera və maddi inkişaf imkanı
📩
Müraciət qaydası:
CV və memarlıq + interyer plan nümunələri (planlar, çertyojlar) təqdim olunması mütləqdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!