A
Marketinq və PR üzrə mütəxəssis - Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası / Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Marketinq departamentinin rəhbəri vəzifəsi üzrə işçi qəbulunu elan edir.
Aşağıda qeyd edilən vəzifə öhdəlikləri və tələblərə cavab verən namizədlər müraciət edə bilərlər:
Vəzifə öhdəlikləri:
- Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
- Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
- Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
- Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
- Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini
Namizədə tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
- Marketinq sahəsində minimum 3-5 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
İş şəraiti
- İş rejimi: Həftənin 5 günü, saat 09:00-18:00
- Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı müəyyənləşdiriləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq departamentinin rəhbəri” yazaraq qeyd edilmiş [email protected] elektron po&cce
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!