Layihə Meneceri (Manager) – Mirze Data Kids - QSS Analytics / QSS Analytics
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Mirze Data Kids, məktəblilər üçün süni intellekt və data analitika təlimləri layihəsi üçün Layihə Meneceri (Manager) vəzifəsinə namizəd axtarır.
Vəzifə öhdəlikləri:
• Mirze Data Kids layihəsinin ümumi idarə olunması və inkişaf strategiyasının
hazırlanması
• Komandanın (müəllimlər, mentorlar və inzibati heyət) idarə edilməsi və nəzarəti
• Tədris prosesinə ümumi nəzarət və keyfiyyətin təmin edilməsi
• Satış prosesinin qurulması və idarə olunması
• Valideynlərlə və tərəfdaşlarla rəsmi kommunikasiya
• Marketinq və tanıtım fəaliyyətlərinin koordinasiyası
• Aylıq plan və hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
• Layihənin böyüməsi üçün yeni təşəbbüs və inkişaf istiqamətlərinin
formalaşdırılması
Tələblər:
• Layihə idarəçiliyi və ya rəhbər vəzifədə təcrübə
• Güclü liderlik və komanda idarəetmə bacarığı
• Strateji düşüncə və qərarvermə qabiliyyəti
• Satış və inkişaf yönümlü yanaşma
• Yüksək ünsiyyət və təqdimat bacarığı
• Məsuliyyətli və nəticəyönümlü yanaşma
İş şəraiti:
• İş saatları: 09:00 – 18:00
• Əməkhaqqı: Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq rəqabətcil olacaq
və razılaşma yolu ilə qərarlaşdırılacaq.
📩 Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!