B

Korporativ satış üzrə Mütəxəssis - BMZ COLLEGES MMC / BMZ COLLEGES MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

BMZ COLLEGES MMC

VAKANSİYA

KORPORATİV SATIŞ MÜTƏXƏSSİSİ

Təhsil və xaricdə təhsil sahəsində fəaliyyət göstərən dinamik və inkişaf edən şirkət komandamızı gücləndirmək məqsədilə Korporativ Satış Mütəxəssisi vəzifəsinə peşəkar namizədlər axtarır.

 Vəzifə öhdəlikləri:

  • Şirkətin təhsil və xaricdə təhsil xidmətlərinin effektiv satışının təşkili
  • Satış komandasında proseslərin koordinasiyası və nəzarəti
  • Müştərilərlə yüksək səviyyəli ünsiyyətin qurulması və uzunmüddətli münasibətlərin inkişafı
  • Satış planlarının hazırlanması, icrası və aylıq hədəflərin yerinə yetirilməsi
  • Satış nəticələrinin təhlili və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
  • Yeni satış strategiyalarının hazırlanması və tətbiqi

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2–3 il iş təcrübəsi (təhsil sahəsi üstünlükdür)
  • Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları
  • Komanda ilə işləmək və liderlik qabiliyyəti
  • Azərbaycan dili səlis, rus və ya ingilis dili üstünlükdür
  • MS Office proqramlarında işləmə bacarığı
  • Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq

Biz nə təklif edirik:

  • 5000 AZN əməkhaqqı qazanma fürsəti
  • Karyera yüksəlişi və rəhbər vəzifəyə inkişaf imkanı
  • Peşəkar və motivasiyalı komanda
  • Müasir ofis mühiti və stabil iş şəraiti
  • Təlimlər və şəxsi inkişaf imkanları

    Müraciət qaydası:


    CV-lərinizi mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə [email protected] vasitəsilə göndərə bilərsiniz. Qeyd olunan vakansiya üzrə müraciətlərin qəbulu 20 yanvar 2026-cı il tarixində yekunlaşdırılacaqdır. İlkin seçim mərhələsindən keçmiş namizədlərlə müsahibələrin 21 yanvar 2026-cı il tarixində Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 20 ünvanında keçirilməsi nəzərdə tutulur.

     

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş