MY

Kontent Menecer - "MY GROUP HOLDİNG" MMC / "MY GROUP HOLDİNG" MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Vəzifə: Kontent menecer

  1. Vəzifələr və məsuliyyətlər:
  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;
  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini;
  • Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
  • SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək;
  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək;
  • SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün);
  • ⁠SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək.
  1. Tələb edilən bacarıqlar və təhsil:
  • Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil;
  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır);
  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür;
  • Təqdimat etmə bacarığı;
  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;
  • Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti;
  • Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları.

Əmək haqqı: 1200-1500 AZN.

İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.

İş yeri:  H.Əliyev pr.152, Çinar Plaza.

 

 

Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Kontent menecer” adını qeyd edərək göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş