Kontent Menecer - JET Academy / JET Academy
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş haqqında məlumat:
● Sosial media paylaşımları üçün mətnlərin yazılması
● Veb sayt üçün məqalələrin yazılması, xəbərlər və tədbirlər haqqında məlumatların yerləşdirilməsi
● Sadə dizayn işlərinin görülməsi və dizayn şablonları ilə çalışmaq
● Video çəkiliş üçün kontentin hazırlanması, danışıq skriptlərinin yazılması
● Satış yönümlü mətnlərin və skriptlərin hazırlanması
Namizədə tələblər:
● Bu sahə üzrə təcrübəsi: 1 il və ya daha çox
● IT sahəsi haqqında geniş məlumata sahib biri olmalıdır
● Maraqlı və cəlbedici kontent yarada bilən olmalıdır
● Dizayn proqramları ilə minimal və ya orta səviyyədə çalışa bilən: Canva, Photoshop, İllustrator və s.
● Süni İntellekt alətləri ilə çalışmağı bacaran
● Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilən
● Enerjili, öz işini sevən, komanda ilə çalışmağı bacaran birini axtarırıq
İş qrafiki: həftədə 5 gün (həftənin 1-5 günləri)
İş saatları: 09:30 - 18:30;
İş yeri: Gənclik Mall yaxınlığında
Əgər öz namizədliyinizi bu vakansiya üçün uyğun hesab edirsinizsə, zəhmət olmasa CV-nizi [email protected] ünvanına göndərin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!