E
Kateqoriya meneceri - Emsan / Emsan
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Kateqoriya Meneceri Axtarılır!
Qab-qacaq və tekstil kateqoriyaları üzrə fəaliyyətimizi daha da gücləndirmək və inkişaf etdirmək üçün komandamıza peşəkar əməkdaş axtarırıq.
Öhdəliklərin nələr olacaq?
- Qab Qacaq və Tekstil məhsullarının satınalma prosesini vaxtında və şirkət prosedurlarına uyğun icra etmək;
- Yerli və xarici bazarların təhlili, potensial təchizatçıların araşdırılması və seçimi;
- Tələb olunan məhsullar üzrə bazar trendlərini və istehlakçı ehtiyaclarını təhlil etmək;
- Təchizatçılarla effektiv danışıqlar aparmaq, müqavilə şərtlərini təhlil edib bağlamaq;
- Məhsul kateqoriyalarını formalaşdırmaq, çeşidlərin planlaşdırılması və təkmilləşdirilməsi;
- Satınalma və xərclərlə bağlı analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təchizatçı bazasını qurmaq və onları qiymətləndirmək;
- Brendin inkişafı ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblərimiz:
- Ali təhsil (iqtisadiyyat, marketinq və ya idarəetmə sahəsində üstünlükdür);
- Qab qacaq, tekstil və ya retail sektorunda minimum 1-3 il təcrübə;
- Azərbaycan və ingilis dillərində danışıq bacarığı (rus və türk dili üstünlükdür);
- Trendləri izləməyi sevən, estetik və analitik düşüncəli biri;
- Təchizatçı münasibətlərində peşəkar yanaşma və danışıqlar bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmə qabiliyyəti;
- Süni intellekt alətləri ilə işləmə və araşdırma aparma bacarığı
- Komanda ruhu, nəticə yönümlü və təşəbbüskar yanaşma.
İş haqqında:
- İş günləri: 5 günlük iş qrafiki
- İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Özünü bu brendin bir parçası kimi görürsənsə, CV-ni və varsa, yaratdığın layihə və portfolionu bizimlə paylaş – [email protected] ünvanında səni gözləyirik!
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!