O

KARTRİC DOLUMU ÜZRƏ TEXNİK - OK SERVICE MMC / OK SERVICE MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

OK SERVICE MMC korporativ şirkətlərə səyyar və ya öz emalatxanada çap avadanlıqlarının təmiri, o cümlədən onların kartriclərinin təmiri və dolumu xidmətlərini təklif edir
- Hazırkı peşə vəzifəsinə yiyələnmək istəyənlər üçün bir ay ödənişsiz sınaq müddəti tətbiq edilir və hər şey sıfırdan öyrədiləcək, təlimlər keçiriləcək və yekunda əsas fəaliyyəti çap avadanlıqları üçün kartric dolumu və təmirini həyata keçirmək olacaqdır
- Komanda rəhbərləri tərəfindən verilən təlimat və tapşırıqları qüsursuz icra edənlər, o cümlədən müştəri məmnuniyyəti və öyrənmə bacarığından asılı olaraq periodik mükafatlandırma həyata keçirilir
- Ünvan: Binəqədi rayon, Nəsimi metrosunun yanı
- İş qrafiki: 6 gün saat 09:00 dan-18:00 dək (Şənbə günü qıssa iş günü)

Təminatlar:
- Əmək müqaviləsi
- Təlimlər
- Korporativ geyim və alətlər
- Korporativ nömrə
- Səyyar xidmət üçün yol pulu.

Namizədə tələblər

- Kartri̇c dolum-təmi̇ri̇ və pri̇nter təmi̇ri̇ üzrə heç bi̇r təcrübəsi̇ olmasın

Peşə sifirdan öyrədildiyi üçün əsas tələb olunur:
- Məsuliyyətli və dürüst (halal) insan olmaq
- Əl bacrığı ve yeni bacarıqların öyrənilmə həvəsi olmaq
- Daim təlim almağa meyilli olmaq
- Səyyar işləmək, müştərilərlə ünsiyyət qurmaq
- Komanda halında işləmək
- Yaş: 20 - 34
- Cins: bəy
- Təhsil: Fərq yoxdur
- Hərbi xidmət: arzuolunandır

Arzuolunandır:
- Elektronika sahəsinə maraq
- Həvəslə, səbrlə və səliqəli avadanlıqların söküb və təkrar quraşdırma bacarığı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş