E

İşə qəbul üzrə mütəxəssis - EDU COMPANY Təhsil Şirkəti / EDU COMPANY Təhsil Şirkəti

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Vəzifələr

  1. Yaranan vakansiyaların təhlil edilməsi
  2. Vakansiyaların qəbulu
  3. İşə Qəbul elanların hazırlanması və paylaşılması
  4. Bütün sosial şəbəkələr üzrə elanların paylaşılması
  5. Daxil olan CV-lərin təhlil edilməsi və uyğun namizədlərin seçilməsi
  6. İşə qəbul sistemi və proseslərinin qurulması və təkmilləşdirilməsi
  7. İşə qəbul prosesi üzrə uçotun aparılması, namizədlər bazasının formalaşdırılması
  8. Müsahibə mərhələlərində iştirak və müsahibə olunan namizədlərin qeydiyyatının aparılması
  9. Yeni işə başlayan əməkdaşlar üçün adaptasiya planına nəzarət edilməsi
  10. Ehtiyat kadr hovuzunun yaradılması və idarə olunması
  11. Təlimlərin təşkili və koordinasiyası
  12. Təlim ehtiyaclarının müəyyən edilməsi
  13. Müəllimlərin işə qəbul proseslərinin təşkili
  14. Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması

Tələblər

  1. Ali təhsil
  2. İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi
  3. Güclü ünsiyyət və analitik bacarıqlar
  4. MS Office proqramları və işə qəbul portalları ilə işləmə bacarığı
  5. Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
  6. Minimum 28 yaş

Karyera imkanları və təminatlar

  • Korporativ nömrə
  • Korporativ telefon
  • Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir

Əmək şəraiti və şərtləri

  • Ünvan: Bakı
  • Əmək haqqı: 1000-1300 AZN
  • İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
  • AR ƏM-nə uyğun sənədləşmə
  • Gizlilik təminatı
  • Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır

Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.

Qeyd olunan vakansiya üzrə 12.03.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.

Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya [email protected] mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş