E
İmtahan Şöbə meneceri - EDU COMPANY Təhsil Şirkəti / EDU COMPANY Təhsil Şirkəti
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Vəzifə:
- Filiallardan imtahanda iştirak edəcək tələbələrin siyahısını toplamaq və yoxlamaq
- İmtahanların planlaşdırılması və təşkilini həyata keçirmək
- İmtahan cədvəllərini hazırlamaq və filiallarla koordinasiyanı təmin etmək
- İmtahan testlərin hazırlanması və paylanmasına nəzarət etmək
- İmtahan prosesinin qaydalara uyğun keçirilməsinə nəzarət etmək
- İmtahan nəticələrinin sistemləşdirilməsi və hesabatların hazırlanması
- Sertifikat və diplomların hazırlanması, çapı və qeydiyyatına nəzarət etmək
- İmtahan prosesi ilə bağlı sənədləşmə və arxivləşdirməni aparmaq
- İmtahan prosesi zamanı yaranan problemlərin operativ həllini təmin etmək
Tələblər:
- Ali təhsil (İstənilən sahədə)
- Təhsil sahəsində və ya inzibati vəzifədə minimum 1 il iş təcrübəsi
- Yaş həddi: 22-35
- Liderlik və komanda idarəetmə bacarığı
- Analitik düşünmə və məsuliyyətlilik
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Microsoft Office proqramları ilə işləmə bacarığı
- İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir
Əmək şəraiti və şərtləri
- Ünvan: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
- İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
- AR ƏM-nə uyğun sənədləşmə
- Gizlilik təminatı
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Vakansiya üçün müraciət forması və şərtləri
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya [email protected] mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
Qeyd olunan vakansiya üzrə 10.04.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!