S

HR / İnsan resursları Mütəxəssisi - Saat Store / Saat Store

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Vəzifə: HR Menecer / İnsan Resursları üzrə Mütəxəssis
Sektor: Pərakəndə satış (Saat mağazalar şəbəkəsi)
İş qrafiki: 09:00 – 18:00 (5 günlük)

Əsas Öhdəliklər və Gözləntilər:
1. Strateji İşə Qəbul (Recruitment & Selection):

6 filial və ofis üzrə kadr ehtiyaclarını analiz etmək və effektiv işə qəbul planı hazırlamaq;

Satış və ofis vəzifələri üzrə kompetensiya əsaslı (STAR metodologiyası) müsahibələr keçirmək;

Topdan və pərakəndə satışın spesifikasını anlayaraq "doğru adamı doğru yerə" yerləşdirmək.

2. Adaptasiya və Təlim (Onboarding & Development):

Yeni işçilərin şirkət mədəniyyətinə və satış standartlarımıza sürətli uyğunlaşması üçün effektiv Onboarding proqramı qurmaq;

Satış heyəti üçün daxili təlim ehtiyaclarını müəyyən etmək, təlim materialları hazırlamaq və şəxsən təlimlər keçmək;

Fərdi inkişaf planları vasitəsilə əməkdaşların karyera yüksəlişini idarə etmək.

3. Performans və Motivasiya (Performance Management):

Satış komandası və ofis üçün KPI (Key Performance Indicators) sistemini qurmaq və tətbiq etmək;

Performansın qiymətləndirilməsi əsasında obyektiv mükafatlandırma və motivasiya mexanizmləri hazırlamaq;

İşçi məmnuniyyəti sorğuları keçirmək və komanda ruhunu yüksəldəcək korporativ tədbirlər planlamaq.

Namizədə dair tələblər:

Ali təhsil (İnsan Resursları, Psixologiya və ya İdarəetmə sahəsində olması üstünlükdür);

HR sahəsində (xüsusilə pərakəndə satış/retail sektorunda) minimum 3-5 il uğurlu təcrübə;

Təlimçi bacarıqları və auditoriya qarşısında sərbəst çıxış etmə qabiliyyəti;

KPI və performans idarəetmə sistemlərinin qurulmasında təcrübə;

Əmək qanunvericiliyi və müasir HR trendləri barədə dərin biliklər.

Biz nə təklif edirik?

"Saat Store"un strateji qərarlarında birbaşa iştirak imkanı;

Peşəkar və yüksək enerjili iş mühiti;

Şəxsi və peşəkar inkişaf üçün geniş imkanlar;

[Maaş + Bonus sistemi].

Zamanınızı bizimlə dəyərləndirin!

📩 Müraciət üçün: CV-nizi "HR Manager - Saat Store" başlığı ilə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş