Full-Stack Laravel Developer - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Digital Ecology dövlət qurumu olaraq komandamıza tam ştatlı Full Stack Developer axtarırıq. Əsas fəaliyyət sahəmiz müxtəlif tipli Laravel əsaslı daxili idarəetmə sistemlərinin hazırlanması və inkişaf etdirilməsidir.
Tələblər:
Laravel ilə ən az 3 il real layihə təcrübəsi
HTML, CSS, Bootstrap, jQuery texnologiyalarında peşəkarlıq
REST API-lərlə işləmək bacarığı
Git ilə versiya nəzarəti
SPA (Single Page Application) strukturlarına anlayış
Təmiz və strukturlaşdırılmış kod yazmaq bacarığı
İşin Məzmunu:
Laravel əsaslı web tətbiqlərin hazırlanması və mövcud sistemlərin inkişaf etdirilməsi
Backend və sadə frontend hissələrin inteqrasiyası
API-lərin hazırlanması və istifadəsi
Komanda ilə birgə layihələrin inkişaf etdirilməsi
İş saatları və mühit:
İş tam ofisdə həyata keçirilir
Saat seçimi: 08:00–17:00, 09:00–18:00, və ya 10:00–19:00
Komanda ilə sıx əməkdaşlıq və dövlət səviyyəsində dayanıqlı layihələr
Təklif etdiyimiz:
Başlanğıc maaş: 1500 AZN+ (namizədin təcrübəsinə görə daha yüksək ola bilər)
Stabil iş yeri və sosial təminatlar
Peşəkar komanda ilə təcrübə mübadiləsi və inkişaf imkanı
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!