Əməliyyat və Ofis Asisenti - Mecha / Mecha
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Mecha.az kənd təsərrüfatı, sənaye və logistika üçün rəqəmsallaşdırma və texnologiya həlləri hazırlayan şirkətdir. Gündəlik işləri idarə edəcək, sənədləşmə, logistika, sadə mühasibat, sosial media və süni intellekt alətləri ilə işləməyə hazır olan Əməliyyat və Ofis Asisenti axtarırıq. Vəzifə çoxşaxəlidir, öyrəndikcə və daha çox rol götürdükcə maaş da artır.
Vəzifə öhdəlikləri
-
Gündəlik tapşırıqları rəhbərdən alıb vaxtında icra etmək
-
Sənədlərin, müqavilələrin, qəbzlərin yığılması və Google Sheets cədvəllərinə işlənməsi
-
Xərclərin sadə cədvəllə izlənməsi
-
Onlayn sifarişlər, kuryer, poçt və mağaza alışlarını idarə etmək
-
Ofisin səliqə və təchizatına nəzarət
-
Mecha.az üçün sadə sosial media post və storilər hazırlamaq (Canva ilə)
-
Mesajlara və sorğulara nəzakətli cavab vermək
-
Süni intellekt alətləri, məsələn ChatGPT və digər AI alətləri ilə mətn, plan və hesabat hazırlanmasına kömək etmək
Tələblər
-
Yüksək məsuliyyət və təşkilatçılıq
-
Azərbaycan dilində səlis yazı və danışıq
-
İngilis dilində ən azı baza səviyyəsində oxuma və yazma
-
Google Sheets, Google Drive, Notion və digər ofis proqramları, e-mail və messencerlərlə rahat işləmək
-
Canva və ya oxşar proqramda sadə vizuallar hazırlaya bilmək
-
AI alətlərinə maraq, tez öyrənmək həvəsi
-
Bəzən çöl işlərinə çıxmağa hazır olmaq
-
Gecikməyən, tapşırıqları unutmayan, nəticəyə fokuslanan xarakter
Təklif edirik
-
Başlanğıc maaş 600 - 1000 AZN, təcrübə və götürdüyün məsuliyyətə uyğun
-
Məsuliyyət artdıqca maaş və bonusların artırılması imkanı
-
Startup mühiti və birbaşa rəhbərlə işləmək
-
Mühasibat, əməliyyat, logistika, texnologiya və süni intellekt sahəsində inkişaf imkanı
-
Bakı şəhərində Mecha.az HQ ofisində iş yeri
Müraciət qaydası
CV-ni və varsa sosial media iş nümunələrini göndər. Qısa olaraq yaz:
-
Niyə bu vəzifəni istəyirsən
-
Hansı süni intellekt alətlərindən istifadə etmisən
Yalnız ciddi və məsuliyyətli namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!