B
Daxili satınalmalar üzrə mütəxəssis/baş mütəxəssis - Balique 2023 Ltd MMC / Balique 2023 Ltd MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Əmək funksiyaları:
- Şirkətin struktur bölmələrindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və təhlili
- Daxili satınalma proseslərinin planlaşdırılması və icrasının təmin edilməsi
- Satınalma sifarişlərinin hazırlanması, icrasına nəzarət və uçotunun aparılması
- Təchizatçılarla daxili prosedurlara uyğun əməkdaşlığın təşkili
- Satınalma proseslərinin şirkətin daxili qaydalarına və büdcə limitlərinə uyğunluğunun təmin edilməsi
- Daxili satınalma fəaliyyətləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Vəzifə öhdəlikləri:
- Daxili bölmələrin mal, iş və xidmətlərə olan tələbatının vaxtında və düzgün şəkildə qarşılanmasını təmin etmək
- Satınalma sorğuları üzrə bazar araşdırması aparmaq və optimal təklifləri seçmək
- Təchizatçılarla yazışmalar aparmaq, kommersiya təkliflərini toplamaq və müqayisə etmək
- Satınalma sənədlərinin (sifariş formaları, müqavilələr, təhvil-təslim aktları və s.) düzgün və tam şəkildə hazırlanmasını təmin etmək
- Təchizat olunan mal və xidmətlərin keyfiyyətinə və çatdırılma müddətlərinə nəzarət etmək
- Satınalma prosesində yaranan uyğunsuzluqları aşkar etmək və aradan qaldırılması üçün tədbirlər görmək
- Daxili nəzarət və audit tələblərinə uyğun olaraq sənədləşməni aparmaq
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Biz təklif edirik:
• Peşəkar və dinamik komanda
• Karyera və inkişaf imkanları
• Rəqabətli əmək haqqı
• Rahat iş mühiti
Müraciət üçün:
CV-lərinizi mövzu hissəsində “Daxili satınalmalar üzrə mütəxəssis/baş mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!