CNC Operatoru - Azprom MMC / Azprom MMC
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
-
Texniki çertyojları və tapşırıqları oxumaq və düzgün başa düşmək.
-
CNC frez və torna dəzgahlarında detalların emalını proqramlaşdırılmış parametrlərə uyğun şəkildə həyata keçirmək.
-
Zərurət yarandıqda CNC proqram kodlarını (G-Code, M-Code) dəyişdirmək və optimallaşdırmaq.
-
İş parçasını dəzgaha düzgün bərkitmək, mərkəzləmək və emal zamanı ölçü alətləri ilə yoxlama aparmaq.
-
Kəsici alətləri (freza, bıçaq və s.) seçmək, sazlamaq və ehtiyac olduqda dəyişdirmək.
-
Hazır detalların ölçü dəqiqliyini mikrometr, ştangensirkul və digər ölçü alətləri ilə yoxlamaq.
-
Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına tam riayət etmək.
-
CNC dəzgahlarının profilaktik baxımında iştirak etmək və texniki vəziyyətini nəzarətdə saxlamaq.
-
İş sahəsini təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq.
-
Ona həvalə edilmiş istehsal tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
Müvafiq iş təcrübəsi: 3 ildən çox.
İş şərtləri
İş qrafiki: 5 iş günü (08:00 – 17:00)
Əmək haqqı: 600 – 900 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!