R

Baş plan üzrə mütəxəssis - Reflect Architects / Reflect Architects

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Reflect Architects komandası olaraq, müfəssəl planlaşdırma və masterplan sahəsində ixtisaslaşmış, analitik düşüncəyə və strateji baxış bucağına sahib təcrübəli baş plan üzrə memar axtarırıq. Əgər urban mühitlərin formalaşdırılması, funksional zonalaşdırma və iri miqyaslı ərazi planlaşdırılması sahəsində peşəkarsansa, komandamızda yerin hazırdır.


Vəzifələr:

• Ərazi planlaşdırılması, funksional zonalaşdırma və urban strukturun formalaşdırılması

• İctimai, inzibati, yaşayış və infrastruktur zonalarının sistemli inteqrasiyası

• Masterplan konsepsiyalarının analitik əsaslarla qurulması

• Torpaq istifadəsi modellərinin formalaşdırılması (land-use planning)

• Sosial, funksional və iqtisadi ssenarilərin inteqrasiyası

• Layihələrin mərhələli inkişaf strategiyasının hazırlanması (phasing strategy)

• Normativ sənədlər, şəhərsalma qaydaları və planlaşdırma standartları ilə işləmək

• Multidissiplinar komandalarla koordinasiyalı əməkdaşlıq

• Müştəri və tərəfdaşlarla planlaşdırma üzrə texniki kommunikasiya

Tələblər:

• Memarlıq və ya şəhərsalma üzrə ali təhsil

• Müfəssəl plan / masterplan layihələri üzrə minimum 3 il real təcrübə

• Urban planning, spatial planning, land-use planning sahəsində praktiki bilik

• Revit, AutoCAD (mütləq), GIS alətləri üstünlükdür

• Analitik düşünmə və strukturlaşdırılmış planlama bacarığı

• Böyük miqyaslı layihələrlə işləmə təcrübəsi

• Normativ baza ilə işləmə vərdişi

• Komanda ilə koordinasiyalı işləmə bacarığı

• Konseptual və sistemli yanaşma tərzi

Təklif edirik:

• 5/2 iş qrafiki

• İş saatları: 09:00 – 18:00

• Ölkə və region miqyaslı masterplan layihələrində iştirak imkanı

• Urbanistika və planlaşdırma yönümlü inkişaf mühiti

• Peşəkar komanda

• Təcrübəyə uyğun rəqabətli əmək haqqı

• Peşəkar inkişaf və ixtisaslaşma imkanları

📍 İş yeri: Bakı, Azərbaycan

📩 Müraciət: LinkedIn üzərindən və ya CV + e-portfolio-nu [email protected] ünvanına göndərməklə 

 

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş