E
Baş mühasib - Emsan / Emsan
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
İş barədə məlumat:
- Mühasibat məlumatlarını Logo Tiger bazasına vaxtı vaxtında işlənilməsi,
- Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi;
- “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması;
- Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi;
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək;
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
- Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik.
İş şərtləri:
- İş günləri: 5 günlük iş qrafiki
- İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblər:
- Cinsi:Kişi
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- Minimum 3 il pərakəndə sahəsində təcrübəsi olmalı;
- PMS sertifikatının olması üstünlükdür;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək bilik;
- Logo Tiger proqramı və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis dili arzuolunandır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
- Dəqiqlik və yüksək məsuliyyət;
- Analitik düşüncə və dəqiqlik
- Maliyyə analizi və hesabatların idarə olunması bacarıqları.
Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!