Baş mühasib - Legion Trade / Legion Trade
Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.
Şirkətimiz maliyyə idarəçiliyi sahəsində yüksək peşəkarlığa malik, məsuliyyətli və idarəetmə bacarığı olan Baş Mühasib axtarır.
🔹 Vəzifə öhdəlikləri:
-
Maliyyə, vergi və statistik hesabatların hazırlanması və müvafiq qurumlara vaxtında təqdim edilməsi
-
ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər vergi öhdəliklərinə nəzarət
-
Debitor və kreditor borclarına nəzarət, hesablaşmaların düzgün aparılması
-
Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət
-
Kassa əməliyyatlarının düzgün təşkili və uçotunun aparılması
-
Mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasının təmin edilməsi
-
Mühasiblərin iş bölgüsünün təşkili, tapşırıqların icrasına nəzarət və komandanın idarə olunması
-
ERP sistemləri vasitəsilə maliyyə məlumatlarının işlənməsi və nəzarət mexanizmlərinin qurulması
-
Rəhbərliyə aylıq və rüblük maliyyə hesabatlarının təqdim edilməsi
-
Audit və vergi yoxlamaları zamanı şirkətin maraqlarının qorunması
🔹 Tələblər:
-
Yaş: 30–45
-
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
-
Vergi qanunvericiliyini və mühasibat uçotunu yaxşı səviyyədə bilməli
-
ERP sistemləri ilə işləmə bacarığı
-
Analitik düşünmə, yüksək məsuliyyət və liderlik qabiliyyəti
-
Komanda idarəetmə bacarığı
-
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
🔹 İş şəraiti:
-
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
-
Nahar şirkət tərəfindən təmin olunur
-
Rəsmi əmək müqaviləsi
-
Stabil və uzunmüddətli əməkdaşlıq imkanı
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!