T

B2B Satış mütəxəssisi - Texno Home / Texno Home

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

Korporativ Satış Meneceri (B2B)

"Texno Home" şirkəti olaraq dinamik inkişaf edən komandamıza qoşulacaq, satış hədəflərini üstələyəcək və şirkətimizin korporativ bazarda payını artıracaq təcrübəli Korporativ Satış Meneceri axtarışındayıq!
Vəzifə öhdəlikləri:
•    Potensial korporativ müştərilərin (B2B) axtarışı, cəlb edilməsi və onlarla uzunmüddətli əməkdaşlığın qurulması;
•    Müştərilərlə işgüzar görüşlərin təşkili, şirkətin məhsul və xidmətlərinin (elektronika, məişət texnikası və s.) yüksək səviyyədə təqdimatı;
•    Müştəri ehtiyaclarının analiz edilməsi və onlara uyğun fərdi kommersiya təkliflərinin hazırlanması;
•    Korporativ müştəri bazasının formalaşdırılması, idarə edilməsi və mütəmadi olaraq yenilənməsi;
•    Müqavilələrin bağlanması prosesinin idarə olunması, sifarişlərin icrasına və ödənişlərə nəzarət edilməsi;
•    Bazarın, eləcə də rəqiblərin mütəmadi araşdırılması və analizlərin aparılması;
•    Rəhbərliyə həftəlik, aylıq və illik satış hesabatlarının təqdim edilməsi.

Namizədə tələblər:
•    Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat, Marketinq və ya əlaqədar sahələrdə);
•    Korporativ satış (B2B) sahəsində ən azı 2-3 illik uğurlu iş təcrübəsi (Elektronika və məişət texnikası bazarını bilmək əlavə üstünlükdür);
•    Azərbaycan və Rus dillərində səlis ünsiyyət bacarığı (İngilis dili arzuolunandır);
•    Güclü ünsiyyət, inandırma, təqdimat və danışıqlar aparmaq bacarığı;
•    Aktiv, nəticəyönümlü, komandada işləməyi bacaran və məsuliyyətli;
•    MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
•    B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür.

 

İş şəraiti:

•    Ünvan: Bakı ş., Əhməd Rəcəbli küç., Çinar Park Biznes Mərkəzi;
•    İş qrafiki: 6 günlük iş həftəsi, həftə içi 09:00 - 18:00 (Şənbə günü 09:00-14:00)
•    Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;
•    Şirkət tərəfindən korporativ mobil nömrə və nəqliyyat xərclərinin (və ya yanacaq pulu) qarşılanması;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu (subject) hissəsində "Korporativ Satış Meneceri " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş