S

AKKAUNT MARKETİNQ MENECER - SSİ Retail MMC / SSİ Retail MMC

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.

İş barədə məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və
uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya
ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət,
üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və
geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Sinteks Şirkətlər Qrupu “Akkaunt Marketinq Menecer” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və
bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:
Marketinq Akkaunt Menecer ona təhkim olunmuş brendlərin marketinq planlarının icrasına
cavabdehdir. Bütün fəaliyyətlərin brend təlimatlarına, marketinq KPI-larına və biznes
məqsədlərinə uyğunluğunu təmin edir. Birbaşa menecerin nəzarəti altında Marketinq
Fəaliyyət Planları, Media Planları və kampaniya planları hazırlayır, hədəf auditoriyalara
kompleks 360 dərəcə kampaniyalar vasitəsilə yönəlir. Bir sıra marketinq fəaliyyətlərini idarə
edir və əməkdaşlıqla həyata keçirir, o cümlədən birbaşa mesajlaşma, rəqəmsal və ənənəvi
reklam, PR, tədbirlər, aktivasiyalar, həmçinin influencerlər və təşkilatlarla əməkdaşlıq.
Brendlərlə təşkilat arasında əsas əlaqələndirici şəxs kimi çıxış edir və media satınalmasını
koordinasiya edir.

Vəzifə öhdəlikləri:
1. Marketinq Planlaşdırması və İcrası:
- Təhkim olunmuş brendlər üzrə ətraflı marketinq fəaliyyət və media planları hazırlamaq
- Rəqəmsal, sosial media, e-mail, çap, açıq hava reklamı və tədbirlər daxil olmaqla, müxtəlif kanallar üzrə inteqrasiya olunmuş marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək
- Media satınalma prosesini idarə etmək, brend təlimatlarına uyğun olaraq marketinq materiallarının hazırlanması və çatdırılmasını nəzarətdə saxlamaq

2. Kampaniyaların İdarə Edilməsi:
- Kampaniyaların həyata keçirilməsini idarə etmək, daxili komandalar və xarici tərəfdaşlarla koordinasiyanı təmin etmək
- Kampaniyanın effektivliyini təhlil və monitorinq etmək, zərurət olduqda dəyişikliklər
etmək
- Kampaniya büdcəsini idarə etmək, resurslardan səmərəli istifadəni təmin etmək və ROI-nin (investisiya gəlirliliyi) müsbət olmasına nail olmaq

3. Müştəri İştirakı və Əməkdaşlıq:
- Brend tərəfdaşları, daxili komandalar, müştərilər və təchizatçılar da daxil olmaqla, əsas maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və saxlamaq
- Müştəri məmnuniyyətini, sədaqətini və əlaqəsini artırmaq məqsədilə tədbirlər, aktivasiyalar və kampaniyalar təşkil etmək
- Marketinq materialları və məzmunun yaradılması, hazırlanması və idarə olunmasını
həyata keçirmək

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Akkaunt Marketinq
Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədə tələblər

Professional biliklər:
- Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar,
- Əla kommunikasiya və insanlarla münasibət bacarıqları
- Peşəkar marketinq, kampaniya və büdcə planlaşdırma qabiliyyəti
- Rəqəmsal marketinq, məzmun yaradılması və ya data analitikası alətləri üzrə bacarıq,
- Yaradıcı düşüncə və problem həll etmə bacarığı
- Sürətli və dinamik mühitdə işləmək və çoxsaylı prioritetləri idarə etmək bacarığı

Təhsil:
- Marketinq, Brend İdarəetməsi, Dizayn, Kommunikasiya və ya əlaqəli sahə üzrə
bakalavr dərəcəsi, və ya Beynəlxalq marketinq, rəqəmsal marketinq, brend menecmenti və ya data analitikası üzrə sertifikatlar (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent), və ya
- Ekvivalent iş təcrübəsi.

İş təcrübəsi:
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi, xüsusən kampaniya idarəçiliyi, rəqəmsal marketinq və ya akkaunt menecmenti üzrə təcrübə üstünlükdür
- Moda və ya yaradıcı sahədə təcrübə üstünlükdür
- Uğurlu marketinq kampaniyalarının idarə olunması və funksiyalararası komandalarla
əməkdaşlıq üzrə sübut olunmuş nəticələr.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş