E

AI Video Yaradıcısı / Prompt Engineer - Empire By ASthetik Lab / Baki, Rövşən Əliyev 19

Zəhmət olmasa müraciət üçün kabnetinizi aktivləşdirin.


Biz neyroşəbəkələr vasitəsilə video və vizual kontent yarada bilən, həmçinin prompt yazma (prompt engineering) bacarığına malik yaradıcı mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Süni intellekt vasitəsilə qısa videolar (Reels, TikTok, reklam və ya tədris videoları) hazırlamaq — Runway ML, Pika Labs, Synthesia, Kaiber, HeyGen və digər alətlərdən istifadə etməklə;
  • Video, səhnə, animasiya və səs effektləri üçün prompt-ların hazırlanması və optimallaşdırılması;
  • Vizual elementlərin yaradılması üçün Midjourney, DALL·E və ya Ideogram kimi alətlərdən istifadə;
  • Yaradılan materialların montajı və tərtibatı;
  • Platformalara uyğun vizual üslub və dinamika seçimi (Instagram, TikTok, YouTube Shorts);
  • Bəzən ssenari yazmaq və ya hazır ssenarilərlə işləmək.

Tələblər:

  • Runway ML, Pika Labs, Kaiber, HeyGen, Synthesia kimi AI alətləri ilə işləmə bacarığı;
  • Prompt engineering bilikləri — məqsədəuyğun, dəqiq və təsirli prompt yazmaq bacarığı;
  • Neyroşəbəkələrin iş prinsiplərini anlama (video, şəkil, mətn, səs);
  • Əsas montaj proqramlarında işləmək bacarığı (Premiere Pro, DaVinci Resolve, CapCut);
  • Vizual kompozisiya və storitellinq hissi;
  • Qısa video trendləri barədə məlumat (struktur, ritm, “hook” anlayışı).

Üstünlük veriləcək bacarıqlar:

  • Midjourney, DALL·E, Ideogram kimi şəkil generasiya alətlərində təcrübə;
  • ElevenLabs, Play.ht, Descript vasitəsilə səs sintezi və dublaj təcrübəsi;
  • Estetika, kosmetologiya, texnologiya və tibb sahəsinə maraq (əgər klinika üçün kontent yaradılacaqsa).

Təklif olunur:

  • Layihə və ya daimi əməkdaşlıq imkanı;
  • Uzaqdan (remote) iş forması;
  • Süni intellekt əsaslı kontent istehsalında inkişaf və ən müasir texnologiyalarla işləmək imkanı.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Paylaş