Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

28 Oct 2024

İş barədə məlumat

 

Vəzifə Öhdəlikləri:

  • Bazar xüsusiyyətləri və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək və bankın strateji inkişaf istiqamətini formalaşdırmaq
  • Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji plan hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Strateji təşəbbüslərin icra səmərəliliyini artırmaq və icra zamanı qarşıya çıxan maneələri, çətinlikləri aradan qaldırmaq üçün tədbirlər görmək
  • Bankın strateji hədəflərini mütəmadi olaraq təhlil etmək və yenilənməsi ilə bağlı təkliflər hazırlamaq
  • Strateji hədəfləri bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (KPI) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq
  • Strateji təşəbbüslərin icrasının monitorinq və qiymətləndirilməsini aparmaq
  • Şöbə fəaliyyətinin nəticələrinə dair hesabatlar və təqdimatlar hazırlamaq

 

Tələblər:

  • Biznesin İdarə Edilməsi, İqtisadiyyat, və ya Maliyyə üzrə magistr təhsili
  • Strateji planlama və ya bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə PowerPoint və MS Excel)
  • İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar
  • Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə
  • Strateji və analitik düşüncə
  • Kommunikasiya və təqdimat bacarıqları
  • Komandada işləmək bacarığı

Müraciət et