Sayım üzrə mütəxəssis
28 Oct 2024İş barədə məlumat
Tələblər:
- Yalnız universitetdə səhər növbəsi olan oğlanlar müraciət etsin .
- İş saatı gündəlik 4 saat
- Təhsil (İqtisadi, İdarəetmə, Texniki sahələr üzrə arzu olunandır);
- İş təcrübəsi tələb olunmur;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus və İngilis dili bilikləri arzuolunandır;
- MS Offis proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqlar aparma bacarığı;
- Riyazi, məntiqi biliklər;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Ezamiyyəyə açıq olması;
- Sərbəst qərar verə bilmə bacarığı.
Vəzifə öhdəlikləri:
- İş planına əsasən anbar qalığının sistem və faktiki göstəricilər üzrə yoxlanılması;
- İş planına əsasən anbarlarda fiziki şəkildə sayımın həyata keçirilməsi;
- Sayım əsasında sistem üzrə məhsul sayı faktiki məhsul sayından fərqli olduqda səbəblərin araşdırılması və aktlaşdırılması;
- Məhsul qalıqlarında aşkarlanan problemlər sistem xətası ilə əlaqəli olduqda düzəlişlər edilməsi üçün müraciətlərin aidiyyəti üzrə ünvanlanması;
- Ehtiyac olduqda məhsulların anbara mədaxil və anbardan məxaric sənədlərinin sistem üzrə yoxlanması;
- Sayım zamanı texniki təhlükəsizlik qaydalarına riayyət etməli, habelə, məhsulların yerləşmə ardıcıllığının qorunması və məhsulların zədələnməsinə şərait yaradılmamasının təşkili;
- Sayım prosesinin yekununda bütün məlumatların aktlaşdırılması və struktur rəhbərinə təqdim edilməsi;
- Hazırlanmış check list əsasında anbar ərazilərinin auditini həyata keçirmək;
- Əlaqəli şöbələrlə məlumat və sənəd mübadiləsinin təşkili;