Əməliyyat üzrə menecer müavini
25 Oct 2024İş barədə məlumat
Təsvir:
- Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik, təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələlərini idarə etmək;
- İcarəçilərin və qonaqların bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə etmək;
- Ticarət mərkəzinin daxilində və xaricində bütün sahələrə ümumi nəzarət və üzərinə düşən vəzifələrin yerinə yetirilməsi;
- Bütün əməliyyat, təhlükəsizlik və təmizlik, eləcə də üçüncü tərəf işçilərini nəzarət sistemi çərçivəsində yüksək məhsuldarlığı təmin etmək üçün nəzarətdə saxlamaq;
- İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Mərkəzi Xidmətinə nəzarət etmək;
- Daima ərazidə olmaq, problemlər baş verən kimi dərhal onları həll etmək, qabaqlayıcı tədbirləri həyata keçirmək və yuxarı rəhbərliyi daim məlumatlandırmaq;
- PAŞA Malls şirkətinin Korporativ dəyərlərini, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarının təşviq etmək və qorumaq;
- Ticarət Mərkəzinin meneceri və Əməliyyat üzrə menecerin tapşırdığı digər işləri yerinə yetirmək.
Tələblər:
- Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom.
- Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı.
- Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları.
- Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə.
- Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı.
- Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.
- İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək.
- Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı.
- Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı.
- Detallara diqqət və problem həll etmə bacarığı.
- Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.
Daha çox Digər vakansiyaları isbu.az-da - Axtardığın işbu!