Layihə Rəhbəri

15 Oct 2024

İş barədə məlumat

 

Təsvir:

  • Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;
  • Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onun birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;
  • Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi;
  • İllik büdcə planlarının davamlı yenilənməsi prosesinə dəstək, mütəxəssis rəyinin təmin edilməsi, funksiyalararası müzakirələrdə iştirak;
  • Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatların verilməsi;
  • Təşəbbüs müddətində işin sahiblənilməsi (layihənin uğurla həyata keçirilməsinə başlanma tarixindən bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilmə daxildir.);
  • Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə.

 

Tələblər:​​​​​​​

  • Təhsil: İnformasiya Texnologiyaları, Maliyyə, İqtisadiyyat sahəsində Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 (iki) il;
  • Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 (arzuolunandır);
  • Xarici dillər: İngilis (səlis), rus (arzuolunandır);
  • Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi üzrə proqramlar (məs. Jira.);
  • Məhsul üzrə biliklər: biznes texnologiyalarında geniş təcrübə və maraq.
  • Digər tələblər: Proqram təminatının yazılması prosesləri üzrə biliklər, şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).


Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et