Logistik əməliyyatlar üzrə mütəxəssis

07 Oct 2024

İş barədə məlumat

 

Təsvir:

 

  • Aidiyyəti şöbələrdən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısının tərtib edilməsi;
  • Yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması;
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
  • Sifarişçi, təchizatçı, daşıyıcı və digər əlaqəli şəxslərlə, şöbələrlə yazışmaların aparılması. Habelə, telefon danışıqlarının və video zəng vasitəsilə danışıqların aparılması;
  • Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlərin toplanıb, tam həcmdə və təyin olunmuş zaman kəsiyində aidiyyəti əməkdaşlara təqdim edilməsi;
  • Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi sənədlərin hazırlanıb, aidiyyəti tərəfə təqdim olunması;
  • Digər şöbələrdən həmçinin prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular cavablandırılması və məlumatların təqdim olunması;
  • Yek yolda olduğu müddətdə daşınmanı izləmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi;
  • Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi həmçinin hesabatların hazırlanması.

 

İş barədə məlumat:

 

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

 

Tələblər:

  • Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
  • Səlis Azərbaycan, rus, ingilis (arzuolunan) dili bilikləri
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
  • Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri;
  • Coğrafi biliklər;
  • İncoterms bilikləri və beynəlxalq daşımaçılıq sahəsində biliklərin olması;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.


Daha çox Logistika vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et