Daxili Audit İdarəsinin Daxili audit şöbəsi

23 Sep 2024

İş barədə məlumat

 

Təsvir:

 

  • Daxili nəzarət və risklərin idarə edilməsi prosedurlarını yoxlamaq, təhlil etmək və qiymətləndirmək;
  • İdarəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkmilləşdirilməsi və bu sistemlərin adekvatlığının və effektivliyinin artırılması məqsədilə tövsiyələr vermək;
  • Bankın fəaliyyətinin effektivliyini və xərclərin səmərəliliyini qiymətləndirmək;
  • Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmək;
  • Mühasibat yazılarının (sənədlərin) və maliyyə hesabatlarının dəqiqliyini və etibarlılığını yoxlamaq.

 

Tələblər:

  • Ali magistr təhsili (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
  • Bank sahəsində minimum 3 illik təcrübə;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”);
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dilini yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcəkdir;
  • Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi;
  • Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər;
  • Bank və risklərin idarəolunmasına dair biliklər;
  • Bank əməliyyatlarının bütün aspektləri ilə bağlı ümumi biliklər;
  • Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
  • Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
  • Məsuliyyətlilik;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Hesabatın hazırlanması və yazılması bacarığı;
  • Yaş həddi: 24 – 35.

Müraciət et