CNC Operatoru

23 Sep 2024

İş barədə məlumat

 

          Tələblər : 

 

  • Ali və yaxud Texniki təhsil;
  • Ofis proqramlarını orta dərəcədə istifadə edə bilmə
  • Komanda ilə işləmək bacarığı
  • Verilən cizgilərin oxunması və proqrama daxil edilməsi
  • Nəzarət-ölçü (ştangerpərgar, mikrometr, indikator və s.) alətlərindən düzgün istifadə edə bilməli;
  • İlkin riyazi hesablama bacarığı olmalı;

Qeyd:  Bu sahədə təcrübəsi olmayan lakin potensialı olanlar əlavə təlim ilə bu vəzifəyə şirkətimiz tərəfindən hazırlanacaq.

 

           Vəzifə və öhdəlikləri:

 

  • İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək;
  • CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək;
  • Emal olunacaq detala müvafiq emal alətlərini, ucluqları, ölçü alətlərini seçə bilmək;
  • Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək;
  • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək;
  • İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək;
  • İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək;


Daha çox Avtomatlaşdırılmış idarəetmə vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et