Əməliyyatlara nəzarət və dəstək şöbəsinə kiçik mütəxəssis
18 Sep 2024İş barədə məlumat
İş haqqında
Görəcəyiniz işlər:
- Departamentin əsasnaməsinə uyğun olaraq, şöbəyə aid vəzifələrin icrasından irəli gələn işlərin görülməsi.
- Bankın daxili intizam qaydalarına ciddi riayət etmək.
- Rəhbərliyin tapşırığı əsasında şöbənin fəaliyyətinə aid olan məktublara, ərizə və şikayətlərə baxmaq, nəticələri şöbə müdirinə məruzə etmək, daxil olan müraciətləri səlahiyyətləri hüdudlarında həll etmək.
- Rəhbərliyin tapşırığı əsasında icra edilmiş əməliyyatların təhlilinin və monitorinqinin həyata keçirilməsi;
- Bank sirrinin qorunmasını təmin etmək;
- Əməliyyatların Bankın siyasətinə və prosedurlarına uyğun verilməsini və idarə olunmasına nəzarət etmək;
- Zəruri hallarda şöbə üzrə kargüzar funksiyalarını yerinə yetirən işçini əvəz etmək;
- Zəruri hallarda digər şöbə üzrə əmək funsiyalarını yerinə yetirmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar cari sənədləri tərtib etmək və dosye yaratmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Yaxşı səviyyədə MS Office proqramlarında sərbəst işləmə bacarığı olan;
- Excel və SQL bilikləri yüksək səviyyədə olması;
- Komandada işləmək bacarığına malik şəxsdir.