LOYALLIQ PROQRAMLARINDA DATA TƏHLİLİ ÜZRƏ MÜTƏXƏSSİS
13 Sep 2024İş öhdəlikləri:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə
- İş vaxtı həftədə 6 iş günü
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyallıq Proqramlarında Data Təhlili üzrə Mütəxəssis” vəzifəsi üzrə aktiv vakansiya var.
- Bəy və ya Xanım namizədlər
- Ali təhsil (iqtisadiyyat, tətbiqi riyaziyyat, statistika və ya digər müvafiq ixtisas üzrə)
- Yaş həddi: 22-35
- Rus və ingilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır
- Müvafiq sahədə ən azı 2 illik təcrübə
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Excel bilikləri yüksək səviyyədə olmalıdır;
- Phyton və SQL bilikləri də üstünlükdür.
Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Loyallıq Proqramlarında Data Təhlili üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər.