Biznesə dəstək Şöbəsinin Xidmət keyfiyyətinə nəzarət üzrə Baş mütəxəssis / Ekspert
13 Sep 2024İş barədə məlumat
Təsvir:
- Strukturun fəaliyyəti ilə əlaqədar əməliyyat planı hazırlamaq, xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə standartları müyyən etmək və bu planın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirmək;
- Xidmət keyfiyyətinin qiymətləndirilməsi məqsədilə birbaşa müştəri ilə ünsiyətdə olan bank əməkdaşların düzgün kommunikasiya qaydalarına əməl etməsi üzrə monitorinq həyata keçirmək, standartlar üzrə qiymətləndirilməsini təmin etmək;
- Bankda xidmət keyfiyyətilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflər planı hazırlamaq;
- Struktur üzrə iş prosesinin koordinasiyası və işin effektivliyinə nəzarəti həyata keçirmək;
- Strukturun fəaliyyəti ilə əlaqədar marketing və networking üzrə dəstək olmaq;
- Struktur üzrə məhsul və xidmətlərin optimizasiyasını həyata keçirmək;
- Müvafiq hesabatların hazırlanmasını təmin etmək.
Tələblər:
- Ali təhsil;
- MS Office (xüsusilə Excel) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Azərbaycan dili, rus dili sərbəst, İngilis dili arzuolunandır;
- Analitik düşüncə və operativ təhliletmə bacarığı;
- Şifahi, yazılı ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, nəticəyönümlülük və operativlik.
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!