Rəqəmsal marketinq şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssis / baş mütəxəssisi
05 Sep 2024İş barədə məlumat
Görəcəyiniz Işlər
- Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarını potensial hədəf kütləsinə çatdırılmasının təmin edilməsi;
- Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsinə nəzarət;
- Bankın korporativ və məhsul səhifələrində mütəmadi olaraq aidiyyəti hissələrin yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarəti;
- Bankın rəqəmsal platformada aktivliyinin təmin edilməsi;
- Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar verilməsi
- Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak.
- SEO üzrə on-site işlərin icrası.
Bizim Üçün Uyğun Namizəd
- Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
- Azərbaycan, ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
- Ofis proqramlarında sərbəst iş bacarığına;
- Google Analytics ilə tam şəkildə işləmə bacarığına;
- Google tag manager, Google Optimize biliklərinə;
- Marketinq layihələrinin idarə edilməsinə;
- Ünsiyyət və təqdimat bacarıqlarına;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
- Bank sektorunda və ya bank məhsulları ilə iş təcrübəsinə;
- DMI və ya bənzər sertifikatlara malik olmasına (üstünlükdür);
- Rəqəmsal marketinq üzrə minimum 2 il iş təcrübəsinə sahib olan şəxsdir.