ANBARDAR

28 Aug 2024
İş barədə məlumat

Vəzifəyə öhdəlikləri:
- Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək
- Anbara mədaxil olunan malları sayaraq təhvil-təslim aktına, yoxlama siyahısına və digər sənədlərə əsasən düzgün qəbul etmək
- Anbardan çıxarılan malları sayaraq təhvil-təslim aktı ilə malı çıxarana təhvil vermək
- Anbara qəbul olunan və çıxarılan malların müvafiq məlumat sistemində uçotunu aparmaq,
- Yeni gələn malların boşaldılmasını, daşınmasını və müvafiq yerə düzgün yığılmasını təmin etmək
- Anbardan çıxarılan malların yüklənməsini və sifarişçiyə çatdırılmasını təmin etmək
- Anbara daxil olan mallara vizual baxış keçirmək və problem aşkarlandığı halda qeydiyyatını apararaq müvafiq struktura məlumat vermək

Əlavə məlumatlar:
- Əmək haqqı: 500 - 700 azn
- İş qrafiki: 6 günlük

Namizədə tələblər

Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: orta təhsil; ali təhsil arzuolunandır
- Təcrübə: 1 -3 illik iş təcrübəsi
- Yaş: 25 – 35
- Anbar və qalıqların idarə edilməsi barəsində məlumatlı olması
- Mal qəbulu və malların saxlanması barəsində məlumatlı olması
- MS ofis proqramları barəsində məlumatlı olmalı
- Cinsi: Bəy namizəd

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Anbardar ” sözünü qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.

Müraciət et