Kassir (xanım)
13 Aug 2024İş barədə məlumat
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin və sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi;
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Maaş ayda 2 dəfə verilir;
- Maaş – 700 AzN;
- İş saatı – 18:00 – 03:00 (Gecə taksiylə təmin olunma);
Tələblər
- Xanım namizəd;
- Müvafiq sahə üzrə iş təcrübəsinin olması;
- Azərbaycan dilini səlis bilməli, əlavə dil bilgisinin olması arzu olunandır;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Komandada işləmə bacarığı;
Qeyd: Təcrübəsiz və iş saatına uyqun işləyə bilməyən namizədlər müraciət etməsin zəhmət olmasa.