Tibb bacısı
10 Aug 2024İş barədə məlumat
İş barədə məlumat: Göz klinikasında tibb bacısı vəzifəsinə işçi axtarılır. Seçilmiş namizəd əməliyyatxana tibb bacısı vəzifəsini icra edəcəkdir.
Seçilmiş namizədə 3 həftə boyunca Bakı şəhərində ödənişli təlimlər keçiriləcək.
İş 6 günlük iş qrafikindədir, Seçilmiş namizədlər rəsmi əmək müqaviləsi üzə işə qəbul ediləcəkdir.
Namizədə dair tələblər: Yalnız tibb kollecini bitirmiş, ilkin tibbi bilikləri olan, daha öncə göz klinikasında və əməliyyatxana bölməsində işləmiş tibb bacıları işə qəbul ediləcəkdir. Namizədlərin kolleci bitirməsindən 5 ildən artıq müddət keçmişdirsə, səhiyyə nazirliyinin sertifikasıyadan keçmə şəhadətnaməsi tələb olunacaqdır. Gülərüzlü, yeniliklərə açıq, qavrama qabiliyyəti güclu, cihazlarla işləməyə yatqın olan, ixtisasını sevən tibb bacıları vakansiya üzrə cv göndərə bilər.
Daha öncə göz klinikasında işləmiş namizədlərə üstünlük veriləcəkdir.
Yalnız şəkilli cv-lərinizi qeyd olunan elektron poçt adresinə göndərməyiniz xahiş olunur.