Baş anbardar
09 Aug 2024İş barədə məlumat
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Anbarda iş proseslərini və tabeçiliyində olan işçilərin gündəlik fəaliyyətini təşkil etmək;
- Rəhbəri olduğu anbarda təhlükəsizlik qaydalarına uyğun fəaliyyəti təşkil etmək və tabeçiliyində olan personaldan bunu tələb etmək;
- Zədəli və servisə göndərilməli olan malların aktlara və sənədlərə uyğun olaraq vaxtında və nəzərdə tutulmuş qablaşdırmada göndərilməsini təmin etmək;
- · Tabeçiliyində olan işçi heyətini düzgün yönləndirmək, motivasiya etmək və kollektiv ruhunu qorumaq;
- Satış zamanı və ya sifarış tələbi əsasında anbardan məhz nəzərdə tutulan malın çıxışını təşkil etmək;
- Malların hərəkəti ilə bağlı bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təmin etmək, əməliyyatların icrasını yoxlamaq (qaimə, aktlar və.s.) və sənədləri arxivləşdirmək;
- Anbarda baş verən fors major hallarda təxirəsalınmaz tədbirlər görmək və bu barədə mağaza müdirini vaxtında məlumatlandırmaq;
- Anbar işinin təkmilləşdirilməsi və proseslərin mükəmməlləşdirilməsi istiqamətində təkliflər hazırlamaq və mağaza müdirinə təqdim etmək.
İŞ ŞƏRTLƏRİ:
- İş rejimi: 6 günlük iş rejimi
- AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
- İş yeri: Xırdalan
NAMİZƏDƏ TƏLƏBLƏR
- Təhsil: Ali
- Cinsi-Kişi
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili (əla)
- İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı
- Nizam-intizamlı, qrupu idarə etmə bacarığı
- Yüksək səviyyədə kompüter bilikləri ( MS Word, Excel, və s.)
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “Baş anbardar” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Daha çox Anbardar vakansiyaları isbu.az-da - Axtardığın işbu!