Təmizlikçi (Stuart) Sumqayıt şəhəri

08 Aug 2024

İş barədə məlumat

Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli Avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə malumat:

  • Filialda təmizlik işlərinin icra olunması, döşəməni silib-süpürmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq
  • Dolablarda səliqəni təmin etmək
  • Sanitar qovşaqların təmizliyini icra etmək
  • Filial rəhbərliyi tərəfindən tap"şırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək
  • Qabların yuyulmasını icra etmək
  • Tullantıların verilmiş təlimata əsasən tullanma məntəqəsinə aparılması
  • Qrafik üzrə icra edilməli işləri məsuliyyətlə icra etməlidir 

Namizədə tələblər:

  • Orta təhsil
  • Yaş  20-45
  • Cinsi - K/Q
  • Xidməti zərurət ilə digər filiallara yönləndirildikdə işləmək bacarığı olmalı
  • Səliqəli, təmizkar
  • Operativ, məsuliyyətli

İş şəraiti:

  • Mehriban və gənc kollektiv
  • İş vaxtı qrafikə əsasən- tam iş günü, 6 günlük
  • Forma şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı 450 – 620 azn
  • Nahar şirkət tərəfindən aylıq ödənilir.

Müraciət et