SATIŞ KOORDİNATORU
07 Aug 2024- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması
- Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması
- Satış prosesinin planlaşdırılması və təşkil edilməsi
- Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili
- Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması
- Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi
- Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması
- Şirkətin rəhbərliyinin satışla əlaqədar ona həvalə etdiyi layihələri idarə etmək və digər işləri görmək
- Rəhbərin verdiyi digər tapşırıqların icra edilməsi.
- İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək (6-cı gün novbəli, bir həftədən bir)
- Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
- Ofis texnikası ilə işləmə bacarığı (ofis proqramlarında işləmə bacarığı)
- Mağazada daxili baş verən bütün proseslər barədə Satış rəhbərinə işin gedişatına uyğun olaraq məlumat vermək
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Ali təhsil, kişi\qadın
- Rus dili (yaxşı) , ingilis dili (arzu olunan)
- Satış sahəsi üzrə ən az 1-2 il iş təcrübəsi
- İT və zəif axın sistemləri haqqında biliklər (avadanlıq, quraşdırılma) videomüşahidə kamera sistemləri, şəbəkə avadanlığı İP və HD TVİ kameralarının satışı sahəsində təcrübə üstünlükdür
- Satış sahəsinin nəzəri və praktiki bilikləri.
Biz təklif edirik:
- Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
- Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
- Peşəkar və karyera yüksəlişi üçün imkanlar
- Rəqabətli əmək haqqı və müavinətlər paketi
- Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Satış koordinatoru” qeyd etməklə göndərmələri xahiş olunur