YÖS müəllimi

07 Aug 2024

İş barədə məlumat

Vəzifə və Öhdəliklər:

  • Tələbələri YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanına hazırlamaq üçün dərs proqramlarının hazırlanması və tədrisi.
  • YÖS imtahanının müxtəlif bölmələrinə (Riyaziyyat, Məntiq və s.) uyğun dərs və tədris materiallarının hazırlanması.
  • Tələbələrin bilik səviyyəsinə uyğun olaraq fərdi və qrup dərslərinin keçirilməsi.
  • Müntəzəm olaraq sınaq imtahanları təşkil etmək və tələbələrin irəliləyişini izləmək.
  • İmtahan strategiyalarını inkişaf etdirmək üçün tələbələrə məsləhətlər və dəstək vermək.
  • Tələbələrin hazırlıq səviyyəsini artırmaq və uğur qazanmaqlarını təmin etmək.

Tələblər:

  • Türk dilində C1 səviyyəsində bilmək.
  • YÖS tədrisi üzrə təcrübə.
  • Müvafiq sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Riyaziyyat və məntiq sahəsində dərslərin yüksək səviyyədə tədrisi bacarığı.
  • Tələbələrlə effektiv ünsiyyət qurma və onlara dəstək olma qabiliyyəti.
  • Tələbələrin fərdi ehtiyaclarına uyğun tədris metodlarının tətbiqi.

Üstünlük Veriləcək:

  • YÖS imtahanlarında uğurlu nəticələr əldə etmiş tələbələri yetişdirmiş namizədlərə üstünlük veriləcək.
  • Müasir tədris metodlarına bələd olan və innovativ yanaşmaları tətbiq edə bilən namizədlər.
     

Müraciət et