Resepşn
07 Aug 2024İş barədə məlumat
Vəzifə və Öhdəliklər:
- Təhsil mərkəzinə gələn tələbələri və valideynləri mehriban və peşəkar şəkildə qarşılamaq, sorğularını cavablandırmaq.
- Tələbələrin qeydiyyat prosesini həyata keçirmək və onları müvafiq kurs və müəllimlərlə yönləndirmək.
- Telefon zənglərinə cavab vermək, məlumat vermək və müvafiq şöbələrə yönləndirmək.
- Mərkəzin dərs cədvəllərinin və kursların idarə olunmasında dəstək olmaq.
- Müxtəlif idarəetmə və ofis proqramları vasitəsilə məlumatların daxil edilməsi və yenilənməsi.
- Mərkəzə gələn qonaqların və tələbələrin ehtiyaclarına uyğun olaraq, ortaya çıxan problemləri həll etmək.
- Tələbələr və valideynlər üçün məlumatları təqdim etmək və mərkəzin xidmətləri haqqında məlumatlandırmaq.
Tələblər:
- Resepsiyonist və ya administrativ işlər üzrə təcrübə üstünlük təşkil edəcək.
- Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq qabiliyyəti.
- Yüksək ünsiyyət bacarıqları, güclü təşkilati qabiliyyət və müştəri məmnuniyyəti yönümlü yanaşma.
- Stressə davamlılıq və tapşırıqları idarə etmək bacarığı.
- Ofis proqramları və idarəetmə sistemləri ilə iş təcrübəsi (əgər varsa).
Üstünlük Veriləcək:
- Xanım namizədlərə
- Təhsil sahəsində işləmə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Səliqəli və məsuliyyətli, həmçinin tələbələr və valideynlərlə effektiv ünsiyyət qurma qabiliyyəti.