Daxili audit departamentinin auditoru
29 Jul 2024İş barədə məlumat
İş haqqında
Görəcəyiniz işlər:
- Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək,
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
- Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək.
Bizim üçün uyğun namizəd:
- Korporativ və mikro kredit/maliyyə/data analitika/kredit risklərinin idarəedilməsi sahələrində minimum 2 illik təcrübə;
- Əlaqədar sahələrdə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
- Yüksək fərdi xüsusiyyət və dəyərlərə sahib olan;
- Analitik və kritik düşünmə,
- Təşəbbüskarlıq və əzmkarlıq,
- Qərəzsizlik, tərəfsizlik, müstəqillik,
- Məsələlələrə mikro və makro baxış,
- Yüksək ünsiyyət bacarıqları,
- Davamlı inkişaf həvəsi və s.
- Azərbaycan, ingilis və ya rus dili biliklərinə sahib olan;
- Microsoft Office və/və ya data analitik proqramlar ilə işləmə bacarığına sahib olan;
- Vətəndaş qüsursuzluğu olan şəxsdir.
QEYD: Aşağıdakı sahələr üzrə müvafiq təcrübə və sertifikasiyası olan namizədlərə üstünlük veriləcəkdir.
Maliyyə - Bankların maliyyə strukturlarında və ya BIG 4 şirkətlərində maliyyə sahəsi üzrə auditor təcrübəsi, CIA, ACCA, CFA, DipIFR və s. aidiyyəti sertifikatlar
Data analitika – Böyük data ilə çalışma və hesabatlıq təcrübəsi, SQL, Phyton, VBA və s. data analitika proqramlarını bilmə
Risk –Kredit və əməliyyat riskləri sahəsində təcrübə, FRM,CERA, CRM və s. aidiyyəti sertifikatlar
Məhsul və proseslərin idarəedilməsi – Məhsul sahibi, biznes analitik, scrum master, biznes proseslərin optimallaşdırılması və layihələrin idarə edilməsi sahəsində təcrübə, PMP, PBA, CSM, ACP, CPM və s. aidiyyəti sertifikatlar