Kart Arxa Ofis Əməliyyatları qrupunda Baş Mütəxəssis
29 Jul 2024İş barədə məlumat
Təsvir
İşiniz nədən ibarətdir?
- Kart sistemlər və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək;
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək;
- Sınaq keçirənlərə testlərin idarə edilməsində dəstək olmaq;
- Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və məsul sahiblərinə köməklik göstərmək;
- Bank kartları üzrə Ödəmə sistemləri sahəsində təcrübə, ölkədaxili prosessinq mərkəzlərinin işləmə prinsipi üzrə təcrübə;
- Beynəlxalq Ödəniş Sistemləri və üçüncü tərəflər ilə layihələrin və işlərin aparılması;
- Bank Proqramlarına Dəstək İstiqaməti mütəxəssislərin bacarıqlarını təkmilləşdirmək, onlara daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsində kömək edərək sorğunun bağlanma müddətini azaltmaq.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat, İnformatika və ya Avtomatlaşdırma üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Xarici dillər: İngilis dili (yaxşı), Rus dili (yaxşı)
- Kompüter bilikləri: Microsoft Office;
- Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləyə bilmək. Yaxşı analitik bacarıqlar, Təşəbbüskarlıq.