Kredit İdarəsinin Biznes kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

29 Jul 2024

İş barədə məlumat

Təsvir

  • Kredit İdarəsinə daxil olmuş biznes kreditləri üzrə müraciətləri almaq və təhlil etmək;
  • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
  • Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
  • Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
  • Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.

Tələblər

 

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
  • Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.

Müraciət et