Smetaçı-Mühəndis

25 Jul 2024

İş barədə məlumat

Tələb olunan iş bacarığı:

  • Verilmiş layihələrə əsasən Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması;
  • Tikinti quraşdırma, rekonstruksiya və təmir işləri üçün işçilik, əmək haqqı, maşınmexanizm və s. xərclərinin normativlərinin və vahid həcm üçün qiymətlərinin hesablanması;
  • Tikinti Norma və Qaydalarına əsasən normativ sənədlərin hazırlanması;
  • Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanması;
  • Microsoft Office; AUTOCAD və s proqramlarda işləmə və kompüterdə sürətli yazma.


Tələb olunan təhsil və biliklər:

  • Müvafiq sahədə ali təhsil (İnşaat fakultəsi / İnşaat mühəndisi)
  • Smetaçı-Mühəndis olaraq 5 (beş) il iş təcrübəsi. Beynəlxalq təcrübə olarsa əmək haqqına müsbət təsir edəcəkdir.
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olmalı. İngilis dilini texniki səviyyədə bildikdə əmək haqqına müsbət təsir edəcəkdir.
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;


Digər tələb və şərtlər:

- Əmək haqqı: təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
- İş rejimi: həftədə 6 gün, 09:00-dan 18:00-a

Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə [email protected]  e-mail adresinə öz CV-lərini göndərə bilərlər.

Əlaqə nömrəsi: +994 70 541 16 02, +994 50 666 74 14



Daha çox Mühəndis vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Müraciət et